Qalte Mbappe ilə bağlı risk etmək istəmir

PSJ-nin baş məşqçisi Kristof Qalte Kilian Mbappenin Çempionlar Liqasının 1/8 finalında “Bayern”ə qarşı keçiriləcək oyunda iştirakının mümkünlüyünə şübhə etdiyini bildirib.

Komanda.az “Get French Football News”-a istinadən xəbər verir ki, baş məşqçi, Mbappenin sağlığını riskə atmaq istəmədiklərini deyib:

“Mbappenin oynayacağını düşünmürəm. Qarşıda başqa matçlarımız var, onun sağlamlığını riskə atmaq istəmirik. Ümid edirik ki, onun sağalması uğurlu olacaq. Həm də, ümid edirik ki, Marko Verratti, Lionel Messi və ehtiyat oyunçular skamyasında olan (“Monako” ilə matçda) qalan oyunçular oynaya biləcəklər”.

Mbappe fevralın 1-də, Liqa 1-in “Monpelye” ilə matçında (3:1) sol budun əzələsindən zədə alıb. Klub futbolçunun sağalmasının təxminən üç həftə çəkəcəyini bildirib.

Çempionlar Liqasının 1/8 final mərhələsində “Bayern”lə PSJ arasında ilk oyun fevralın 14-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button