“Qalsam da, getsəm də, bu klub həmişə ürəyimdə olacaq”
“Bayern”in müdafiəçisi Alfonso Deyvis gələcəyi haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, hazırda əsas diqqətinin oyunlarda olduğunu söyləyib:
“Mənim gələcəyim? Qalsam da, getsəm də, bu klub həmişə ürəyimdə olacaq. İndi mən “Bayern”in oyunçusuyam, ona görə də, diqqətimi yalnız buna yönəldirəm”.
Deyvis daha əvvəl Münhen klubu ilə Çempionlar Liqasının qalibi olub. Hazırda onun transferinə əsas iddiaçı gələn yay oyunçunu azad agent kimi dəvət etməyə hazır olan “Real”dır. Kanadalı futbolçu mövsümün sonunda “Bayern”lə müqaviləsi başa çatacağına görə azad agentə çevrilə bilər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin