Qalmaqallı matçın baş hakiminə 2 oyunluq cəza

İspaniya La Liqasının 27-ci turunda keçirilən “Valensiya” – “Real” oyunundan (2:2) sonra baş hakim Xesus Gil Mansano iki oyunluq cəzalanıb.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, İspaniya Texniki Hakimlər Komitəsinin qərarı təkcə baş hakim kimi işə deyil, həm də VAR kimi fəaliyyətə aiddir. Qeyd olunur ki, Mansano səhvini etiraf edib və hadisənin nəticələrinə görə məsuliyyəti öz üzərinə götürüb.

“Marca” daha əvvəl iddia etmişdi ki, İspaniya Kral Futbol Federasiyasının Texniki Hakimlər Komitəsi matç zamanı baş hakimin qərarlarından narazıdır.

Matçın 90+9-cu dəqiqəsində “Real”ın yarımmüdafiəçisi Çud Bellingem komandasına qələbə qazandıra biləcək qolu vursa da, Mansano top artıq havada olanda final fitini çalıb.

Final fitindən sonra baş hakim Bellingemi çox emosional olduğu üçün meydandan qovub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button