Qalmaqala səbəb olan öpüşün “səs”i məhkəmədən gəldi

İspaniya Kral Futbol Federasiyasının keçmiş prezidenti Luis Rubiales İspaniya millisinin futbolçusu Cennifer Hermosonu dodaqlarından öpməsi işi üzrə ifadə vermək üçün Madrid Milli Məhkəməsinə gedib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, federasiyanın keçmiş rəhbəri cümə günü hakim Fransisko de Xorxenin qarşısına çıxacaq. Rubiales özü məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Avqustun 20-də İspaniyanın qadınlardan ibarət milli komandası turnirin final matçında İngiltərə yığmasına qalib gələrək (1:0) dünya çempionu olub. Mükafatlandırma mərasimi zamanı Rubiales ispan futbolçunun dodaqlarından öpüb. Bu qalmaqaldan sonra Rubiales federasiyanın rəhbəri postundan gedəcəyini açıqlayıb. O, həmçinin qeyd edib ki, Hermoso ilə öpüşündə heç bir cinsi istək olmayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button