O, yeni müqavilə istəyir

“Çelsi”nin yarımmüdafiəçisi Konor Qallaher klubla yeni müqavilə bağlamaq istəməsi haqda danışıb.

Komanda.az “The Guardian”-a istinadən xəbər verir ki, o, London klubunda oynamaqdan razı olduğunu deyib:

“Əminəm ki, bu məsələ həll olunacaq. Hər kəs bilir ki, “Çelsi” mənim klubumdur və mən burada oynamağı sevirəm. Azarkeşlər əladır və mən bunu sevirəm. Əminəm ki, hər şey öz-özünə düzələcək”.

23 yaşlı futbolçunun İngiltərə klubu ilə hazırkı müqaviləsi 2025-ci ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button