“Simeone mənə dedi ki, “sənin müqaviləni mütləq imzalayacağıq”
“Atletiko”nun yarımmüdafiəçisi Konor Qallaher Madrid klubuna transferinin təhlükə altında olduğu vaxtdan danışıb.
Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, ingilis futbolçu bunu deyib:
“Atletiko” ilə “Çelsi” arasındakı müqavilədə olan problemlər səbəbindən Londona qayıtmazdan əvvəl baş məşqçi Dieqo Simeone ilə görüşdüm. Simeone mənə belə dedi: “Biz sənin müqaviləni mütləq imzalayacağıq. Sadəcə, Madridə qayıdanda hazır olmaq lazımdır”.
Sonda “Atletiko” yarımmüdafiəçini təxminən 40 milyon avro təzminat qarşılığında “Çelsi”dən transfer edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin