“Çelsi”nin futbolçusu “Atletiko”nun təklifini qəbul edib

“Çelsi”nin yarımmüdafiəçisi Konor Qallaher “Atletiko”nun təklifinə cavab verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingilis futbolçu İspaniya klubunun baş məşqçisi Dieqo Simeonenin komandasına keçməyə qərar verib. “Çelsi” Qallaherin transferi üçün 40 milyon avro təzminat qazanmaq istəyir.

Yarımmüdafiəçinin özü “Çelsi”də qalmaq istəyib, lakin rəhbərliklə danışıqlardan sonra Qallaher klubun onunla hesablaşmadığını açıq şəkildə anlayıb. Futbolçunun “Çelsi” ilə müqaviləsinin bitməsinə bir il qaldığı üçün klub rəhbərliyi onu satmağa tələsib.

24 yaşlı yarımmüdafiəçi ötən mövsüm İngiltərə Premyer Liqasında 5 qol vurub, 7 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button