
Qallaher rəsmən İspaniya klubunda
“Çelsi”nin yarımmüdafiəçisi Konor Qallaher “Atletiko” (Madrid) ilə anlaşıb.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ingiltərəli oyunçu ilə 5 illik müqavilə imzalanıb.
Bu transfer Madrid təmsilçisinə 40 milyon avroya başa gəlib.
Qallaher ötən mövsüm “Çelsi”nin heyətində bütün turnirlərdə 50 oyun keçirib və 7 qola imza atıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin