“Çelsi”dən ayrılacaq – Yeni müqavilə təklifi almasa
“Çelsi”nin yarımmüdafiəçisi Konor Qallaher cari mövsümün sonunda klubdan ayrıla bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingilis futbolçu, rəhbərlik ona yeni müqavilə təklif etməsə, cari mövsümün sonunda klubdan ayrılmaq məcburiyyətində qalacaq.
24 yaşlı yarımmüdafiəçi “Çelsi”nin yetirməsidir. Tərəflər arasında mövcud müqavilə gələn ilin yayında başa çatır.
Qallaher bu mövsüm “zadəganlar”ın heyətində 42 matçda iştirak edib, 5 qol vurub və 8 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin