“Komandamız çempion olmaq istədiyini meydanda göstərməlidir”
Almaniya Bundesliqasının növbəti turunda “Borussiya” (Dortmund) ilə qarşılaşacaq “Bavariya”nın prezidenti Uli Höness açıqlama verib.
Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, klub prezidenti, sadəcə qələbə haqqında düşündüyünü deyib:
“Borussiya” qarşısında başqa bir bəhanəmiz olmayacaq. Məğlubiyyət ehtimalını düşünmək belə, istəmirəm. Qalib gəlməyə məcburuq. Mənim üçün başqa bir seçim qəbulolunmazdır.
Mövsümün ilk hissəsindəki oyunda məğlub olmuşduq. Komandamız çempion olmaq istədiyini meydanda göstərməlidir”.
Bundesliqada keçirdiyi 27 turdan sonra 61 xal toplayan “Bavariya” turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb və lider “Borussiya”dan 2 xal geri qalır.
“Bavariya” – “Borussiya” matçı aprelin 6-da, saatı 20:30-da start götürəcək.
Bizi Facebook-da izləyin