“Yaxşı mövsüm keçiririk” – Sarri
“Çelsi”nin baş məşqçisi Mauritsio Sarri İngiltərə Premyer Liqasının son turunda “Mançester Yunayted”lə 1:1 hesablı bərabərliyə qaldıqları matçdan sonra açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, italiyalı mütəxəssis, “qırmızı şeytanlar”la səfərdə oynamağın çətin olduğunu deyib:
“Oyunun əvvəlində futbolçular arasında məsafədə problemlərimiz vardı. Yarımmüdafiə və hücumçular arasında çox boşluq yaranmışdı. Daha sonra oyunumuzu tənzimlədik, ikinci hissədə daha yaxşı oynadıq. Qalib gəlmək üçün fürsətlərimiz var idi, amma “Mançester Yunayted”lə burda oynamaq çətindir.
Çempionlar Liqasına vəsiqə qazanmaq üçün daha 6 xala ehtiyacımız var. İlk 4-lüyə düşmək üçün mübarizə aparırıq və Avropa Liqasında yarımfinaldayıq. Yaxşı mövsüm keçiririk”.
60 yaşlı mütəxəssis, Eden Hazardın komandadakı gələcəyi ilə bağlı da danışıb:
“Ondan çox məmnunam. Yaxşı oyun göstərir və meydanda döyüşür. Onun gələcəklə bağlı qərarına hörmət edəcəm”.
Bizi Facebook-da izləyin