Alleqri Ronaldonun qolunu yada saldı

“Milan”ın baş məşqçisi Massimiliano Alleqri UEFA Çempionlar Liqasında “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonun “Yuventus”a vurduğu qolu xatırladıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis, eyni zamanda, özünü nəticəyönümlü məşqçi hesab edib-etməməsi ilə bağlı sualı cavablandırıb:

“Sonda nəticə önəmlidir, qalib gəlsən, yaxşısan, uduzsan, yox. Mən həmişə Ronaldonun Turində, 2017/18 mövsümündə, Çempionlar Liqasının 1/4 finalında “Yuventus”a vurduğu qolu misal çəkirəm. Bunu hamı ustalıq nümayişi kimi xatırlayır, amma ondan əvvəl olanları heç kim xatırlamır. Futbol bir sənətdir və bunu göstərmək üçün oyunçulara ən yaxşı şəraiti təmin etməlisən”.

Alleqri daha əvvəl “Yuventus”un da baş məşqçisi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button