Kompani: “Qalib gəlməyin yolunu tapmışdıq”

“Bernli”nin baş məşqçisi Vensan Kompani komandasının İngiltərə Premyer Liqasına vəsiqə qazanmasını şərh edib.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, “Bu qədər tez vaxtda əsas çempionata vəsiqə qazana biləcəyinizi düşünürdüz” sualını belə cavablandırıb:

“Xeyr. Sona yeddi tur qalmış biz bunu gerçəkləşdirdik. Premyer Liqaya yüksələcəyimizə ümid edirdik, amma bu qədər tez olacağını gözləmirdik. Bəzən hadisələr nə qədər tez olsa, bir o qədər yaxşı olur.

Qalib gəlməyin yolunu tapmışdıq. Onu da deyim ki, bu, heç də asan olmadı. 2022/23 mövsümündə yaxşı nəticə əldə etdik. Daha da güclənəcəyimizi bilirik. Bizi maraqlı gələcək gözləyir”.

Belçikalı mütəxəssisin çalışdırdığı “Bernli” Çempionşipdə 87 xalla birinci yerdədir. Onlar ən yaxın izləyicisini 11 xal qabaqlayır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button