“Avropa Liqası haqda düşünmürük” – Zidan
UEFA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində “Borussiya” ilə (Münhenqladbax) qarşılaşacaq “Real”ın baş məşqçisi Zinəddin Zidan açıqlama verib.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, fransalı mütəxəssis, yalnız qələbə haqda düşündüklərini bildirib:
“Bu matçın əhəmiyyətini bilirik. Üç xal qazanıb qrupu lider olaraq bitirmək istəyirik. Komanda təzyiq altında oynamağa öyrəşib. Rəqib çox yaxşı və intizamlı komandadır. Çətinliyimiz olacaq, amma pozitiv düşünməliyik. Möhtəşəm oyun göstərəcəyimizə inanıram. Qalib gəlməkdən başqa nəsə düşünmürəm.
Avropa Liqası haqda düşünmürük. Yeganə düşündüyümüz növbəti mərhələyə vəsiqə qazanmaqdır”.
“Real” – “Borussiya” oyunu bu gün, saat 00:00-da başlayacaq.
Bizi Facebook-da izləyin