“Qalatasaray”la qarşılaşmaq “Qəbələ” ilə matç üçün əla sınaq idi”
“Bu qarşılaşma “Qəbələ”yə qarşı UEFA Konfrans Liqasında keçiriləcək matç üçün əla sınaq idi”.
Komanda.az xəbər verir ki, bu sözləri Macarıstanın “Fehervar” komandasınn baş məşqçisi Mixael Boris “Qalatasaray”a 1:0 hesabı ilə qalib gəldikləri yoxlama oyunu ilə bağlı danışarkən deyib.
O, bu görüşdən razı qaldığını və “Qəbələ” ilə oyuna kökləndiklərini söyləyib:
“Beynimdə start heyəti formalaşdırmağa başlamışam. Hətta əvəzedicilərə də çox ehtiyacımız olacaq. Hazırlıq prosesini planlaşdırılandan bir gün əvvəl başa vururuq. Çünki oyunçuların bir az istirahətə ehtiyacı var”.
“Qəbələ” “Fehervar”a qarşı ilk oyununu iyulun 21-də səfərdə, cavab matçını isə bir həftə sonra evdə keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin