
“Qalatasaray”lıya 8 oyunluq cəza
“Qalatasaray”ın məşqçisi Hasan Şaş Türkiyə Futbol Federasiyası tərəfindən sərt cəzaya məruz qalıb.
Komanda.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.
TFF “sarı-qırmızılar”ın baş məşqçisi Fatih Terimin əsas köməkçilərindən olan Hasan Şaşa 8 oyunluq cəza kəsib.
Cəzaya gənc məşqçinin “Başakşəhər”ə 2:1 hesabıyla qalib gəldikləri oyunda idmana yaraşmayan hərəkətlərə yol verməsi, arenanın təhlükəsizlik xidmətinin əməkdaşına qarşı zor tətbiq etməsi, təhqiredici ifadələr işlətməsi səbəb olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin