“Qalatasaray”dan ayrılan futbolçu Bekhemin klubunda
“Qalatasaray”la yollarını ayıran Deandre Yedlinin yeni klubu məlum olub.
Komanda.az xəbər verir ki, 28 yaşlı müdafiəçi ABŞ-ın “İnter Mayami” klubuna keçib. Bu barədə MLS təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Yedlinlə 3+1 illik müqavilə imzalanıb.
Amerikalı futbolçu “Qalatasaray”da 36 oyuna çıxıb.
“İnter Mayami”nin sahibi ingiltərəli keçmiş futbolçu Devid Bekhemdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin