“Qalatasaray”la matçda meydanı tərk edən “Fənərbaxça” ilə bağlı qərar verilib
Türkiyə Futbol Federasiyası “Qalatasaray”la superkubok matçının 2-ci dəqiqəsində meydanı tərk edən “Fənərbaxça” ilə bağlı qərar verib.
Komanda.az xəbər verir ki, İntizam Komitəsi “bülbüllər”ə 0:3 hesablı texniki məğlubiyyət verib. Bundan başqa, “Fənərbaxça” 4 milyon lirə (təqribən 210 min manat) məbləğində cərimə olunub.
Həmçinin, klubun idarə heyətinin üzvü, komandanın meydanı tərk etməsinin əsas təşəbbüskarı Ahmet Ketençi 520 min lirə (təqribən 27 min manat) cərimələnib.
Türkiyə superkuboku matçının 1-ci dəqiqəsində “Qalatasaray” hesabı açıb və 2-ci dəqiqədə “Fənərbaxça” meydanı tərk edib. Oyuna U-19 komandası ilə çıxan “Fənərbaxça” Türkiyə Futbol Federasiyasına etiraz məqsədilə meydandan çəkilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin