
“Qalatasaray”la “Fənərbaxça” növbəti mərhələdə
Türkiyə kubokunun qrup mərhələsinə yekun vurulub.
Komanda.az xəbər verir ki, son gündə 5 oyun baş tutub.
“Fənərbaxça” səfərdə “Qaziantep”ə, “Göztəpə” “Kasımpaşa”ya, “İstanbulspor” isə “Ərzurumspor” qalib gəlib. Bu nəticələrdən sonra “Fənərbaxça” qrup birincisi, “Göztəpə” isə ikinci yerlə pley-offa çıxıb.
C qrupunun sonuncu iki oyununda isə qapılara qol vurulmayıb. Nəticədə “Konyaspor” vahid lider olub, “Qalatasaray” da ikinci yerlə növbəti mərhələyə vəsiqə qazanıb.
Türkiyə Kuboku
Qrup mərhələsinin 3-cü turu
27 fevral
B qrupu
Qaziantep – Fənərbaxça 1:4
Qollar: Husiç, 75 – Taliska, 17; 27. En Nesiri, 23. Kostiç, 83.
Kasımpaşa – Göztəpə 0:5
Qollar: J.Santos, 13. Matsuki, 38; 46. K.Kanatsızkuş, 50. Sanqare, 74.
Ərzurumspor – İstanbulspor 0:3
Qollar: E.Gültəkin, 65. Y.Özer, 69; 88.
Xallar: Fənərbaxça – 9. Göztəpə – 3. İstanbulspor – 6. Qaziantep – 3. Ərzurumspor – 0. Kasımpaşa – 0.
C qrupu
Eyüpspor – Başakşəhər 0:0
Qalatasaray – Konyaspor 0:0
Xallar: Konyaspor – 7. Qalatasaray – 5. Başakşəhər – 5. Çorum 3. Boluspor – 0.
Bizi Facebook-da izləyin