“Qalatasaray”ın zədəlilərindən biri sıraya döndü
“Qalatasaray”ın zədəli futbolçularından biri – Marselo Saraççi sağalıb.
Komanda.az xəbər verir ki, uruqvaylı sol cinah müdafiəçisi artıq komanda ilə məşqlərə başlayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Təxminən bir aydır yaşıl meydanlardan uzaq qalan 22 yaşlı futbolçu növbəti oyunlarda komandasına kömək edə biləcək. Onun dekabrın 18-də Super Liqanın 13-cü turu çərçivəsində “Fatih Karagümrük”lə səfər matçında oynaması gözlənilir.
Digər zədəlilərdən Rayan Babel və Radamel Falkao isə hələ də komandadan ayrı məşq edir. Onlar növbəti turu da buraxacaq. Üstəlik, son günlərdə koronavirusa yoluxduğu açıqlanan bir neçə futbolçu da komandaya kömək edə bilməyəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin