
“Qalatasaray”da Falkao sevinci
“Qalatasaray”ın zədəli futbolçusu Radamel Falkanonun yaşıl meydanlara qayıdacağı vaxt məlum olub.
Komanda.az xəbər verir ki, kolumbiyalı hücumçunun Super Liqanın 10-cu turunun “Rizəspor”la oyununda meydanda olacağı gözlənilir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bir aya yaxındır ki, zədədən əziyyət çəkən Falkao “Qalatasaray”la 5 oyunda iştirak edib və 1 qol vurub. 33 yaşlı hücumçu bu yay “Monako”dan “sarı-qırmızılar”a keçib.
“Qalatasaray” – “Rizəspor” oyunu noyabrın 1-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin