“Qalatasaray”ın futbolçusu üçün mövsüm bitdi
“Qalatasaray”ın zədəli futbolçusu Fernando Musleranın son durumu məlum olub.
Komanda.az xəbər verir ki, dünən Super Liqada “Sivasspor”a qarşı keçirilən səfər oyununda zədələnən uruqvaylı qapıçı üçün mövsüm bitib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
35 yaşlı qapıçının sol dizinin yan bağlarında şiddətli yırtıq, ön çarpaz bağında isə dartılma aşkarlanıb.
Muslera azı 5 ay yaşıl meydanlardan uzaq qalacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin