“Qalatasaray”ın yeni transferi sıradan çıxıb

“Qalatasaray”ın qış transfer pəncərəsi zamanı heyətinə qatdığı Serj Orye zədələnib.

Komanda.az xəbər verir ki, Fil Dişi Sahili millisinin üzvü Afrika Millətlər Kubokunun Nigeriya ilə final matçında sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

31 yaşlı futbolçunun əzələsində zədə aşkarlanıb. O, bir ay yaşıl meydanlardan uzaq qalacaq.

“Qalatasaray” Serj Oryeni “Nottingem Forest”dən transfer edib. Sağ cinah müdafiəçisi “sarı-qırmızılar”ın heyətində debüt etməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button