“Bir gün qayıdacağımı demişdim” – “Qalatasaray”ın yeni transferi
“Qalatasaray”ın yeni transferi Bafetimbi Qomis açıqlama verib.
Komanda.az xəbər verir ki, 36 yaşlı hücumçu Türkiyəyə qayıtdığı üçün çox xoşbəxt olduğunu deyib:
“Çox xoşbəxtəm. Bir gün qayıdacağımı demişdim. Türkiyəyə və “Qalatasaray”a qayıtdığım üçün çox xoşbəxtəm. Darıxmışdım.
2,5 ildir burada olmasam da, hər zaman “Qalatasaray” azarkeşlərinin dəstəyini hiss etdim. Avropanın ən böyük klublarından birindəyəm. Çox çalışacam”.
“Qalatasaray” Qomislə 6 aylıq sözləşmə imzalayıb. Hücumçunun müqaviləsinin müddəti 1 il də artırıla bilər.
Qomis 2017/18 mövsümündə “Qalatasaray”la 33 oyunda 29 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin