“Qalatasaray”ın uğurlu seriyasına Mahirli “Konyaspor” son qoydu
Türkiyə Super Liqasında 26-cı tura start verilib.
Komanda.az xəbər verir ki, turun açılış matçında Mahir Emrelinin formasını geyindiyi “Konyaspor” doğma meydanda lider “Qalatasaray”la qarşılaşıb.
Üç qolun qeydə alındığı oyunda meydan sahibəri əzmkar qələbəyə seviniblər. Beləcə, “Konyaspor” uğurlu seriyaya malik “Qalatasaray”ı dayandırmağı bacarıb.
Emreli bu oyuna start heyətdə başlayıb. 15-ci dəqiqədə sarı vərəqə ilə cəzalanan milli üzvü 79-cu dəqiqədə əvəzlənib.
Türkiyə Super Liqası
26-cı tur
17 mart
Konyaspor – Qalatasaray 2:1
Qol: S.Dikmen, 62. O.Ülgün, 90+3 – M.Raşiça, 31.
18 mart
14:30. Kasımpaşa – Ümraniyəspor
17:00. Adana Dəmirspor – Antalyaspor
20:00. Beşiktaş – İstanbulspor
19 mart
17:00. Fatih Karagümrük – Başakşəhər
17:00. Sivasspor – Ankaragücü
20:00. Alanyaspor – Fənərbaxça
Bizi Facebook-da izləyin