
“Qalatasaray”ın Super Liqa oyununun vaxtı dəyişdirildi
Türkiyə Super Liqasının 29-cu turunda keçirilməsi planlaşdırılan “Qalatasaray” – “Rizəspor” oyununun vaxtı dəyişdirilib.
Komanda.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.
Buna “sarı-qırmızılar”ın Avropa Liqasında mübarizəni dayandırması səbəb olub. Martın 10-da, Bakı vaxtı ilə saat 17:00-da start götürməli olan qarşılaşma martın 8-də, saat 21:00-da başlayacaq.
Bundan əlavə, “İstanbulspor” – “Kasımpaşa” dueli martın 8-dən 10-na keçirilib. Görüş Bakı vaxtı ilə saat 17:00-a təyin edilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin