“Qalatasaray” da uduzdu, “Fənərbaxça” da

Futbol üzrə Türkiyə Super Liqasında 16-cı tura yekun vurulub.

Komanda.az xəbər verir ki, açılış matçında “Altay” “Hatayspor”u qəbul edib. Üç qolun qeydə alındığı görüş qonaqların qələbəsiylə yekunlaşıb.

Şənbə günü dörd qarşılaşma baş tutub. “Fatih Karagümrük” doğma meydanda “Konyaspor”a böyük hesabla uduzub. “Rizəspor” isə “Göztəpə”ni məğlub yola salıb.

Son turlarda uğurlu çıxış edən “Başakşəhər” bu dəfə “Kasımpaşa” ilə qarşılaşıb və növbəti qələbəsini qazanıb.

Lider “Trabzonspor” isə bu dəfə “Antalyaspor”un qonağı olub. Trabzon təmsilçisi bu görüşdə cari mövsümdəki ilk məğlubiyyətinə üzülüb.

Baş məşqçi Sərgən Yalçınla yollarını ayıran “Beşiktaş” bu turda “Kayserispor”la üz-üzə gəlib. “Qara qartallar” bu oyunda uzun fasilədən sonra qələbə sevinci yaşayıblar. “Adana Dəmirspor” “Girəsunspor”u məğlub yola salıb. “Yeni Malatyaspor” isə evdə “Alanyaspor”a böyük hesabla uduzub.

Sonuncu oyun günündə iki görüş baş tutub. “Fənərbaxça” “Qaziantep”, “Qalatasaray” isə “Sivasspor” səfərinə yollanıb. İstanbul təmsilçiləri səfərdən xalsız dönüblər.

Türkiyə Super Liqası, 16-cı tur

10 dekabr

Altay – Hatayspor 1:2
Qol
: Pinares, 21 – Diuf, 38. Sent-Luis, 76.

11 dekabr

Fatih Karagümrük – Konyaspor 1:4
Qol
: Peşiç, 12 – Rahmanoviç, 30. S.Gürlər, 53; 88. Gilyerme, 86.

Başakşəhər – Kasımpaşa 2:1
Qol
: Vişça, 53. M.Təkdəmir, 90+2 – Hayradinoviç, 78.

Rizəspor – Göztəpə 3:1
Qol
: Pohjanpalo, 40; 78. Sabo, 90+3 – Nukan, 61.

Antalyaspor – Trabzonspor 2:1
Qol
: Fredi, 34-pen. D.Tokoz, 73-öz qapısına – Kornelius, 24.

12 dekabr

Adana Dəmirspor – Girəsunspor 1:0
Qol
: Stambuli, 90+3.

Yeni Malatyaspor – Alanyaspor 2:6
Qol
: Abid, 4. Tette, 17 – Dyedyu, 14; 56. Davidson, 23. E.Akbaba, 33. Novais, 52. Babakar, 90.

Beşiktaş – Kayserispor 4:2
Qol
: Larin, 45. Batşuayi, 84; 89. G.Yalçın, 90+6 – Tiam, 38; 71.

13 dekabr

Sivasspor – Qalatasaray 1:0
Qol
: Facr, 80.

Qaziantep – Fənərbaxça 3:2
Qol
: Fiqeyredo, 8; 73. Maksim, 54-pen – M.Özil, 30. Zayç, 67.

Bombardir: Aleksandar Peşiç (“Fatih Karagümrük”), Stefano Okaka (“Başakşəhər”) – 8 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button