
ÇL: “Qalatasaray”ın seriyasını qırmaq üçün buradayıq” – Tuxel
“Bayern”in baş məşqçisi Tomas Tuxel “Qalatasaray”la UEFA Çempionlar Liqasının qrup matçından gözləntilərini bölüşüb.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, alman mütəxəssis çətin matç olacağını bildirib:
“Çox çətin matçda qalib gələcəyimizi gözləyirik. Bu turnirdə addım-addım gedəcəyik. Həmişə bir az bəxt lazımdır. “Qalatasaray” çoxdandır ki, uduzmur və biz bu seriyanı qırmağa çalışmaq üçün buradayıq”.
Qarşılaşma bu gün saat 20:45-də start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin