“Qalatasaray”ın sabiq üzvü Niderland klubunda
Bu ilin iyun ayında “Qalatasaray”dan ayrılan Patrik van Anholtun yeni klubu bəlli olub.
Komanda.az xəbər verir ki, niderlandlı müdafiəçi ölkəsində çıxış edəcək.
O, yüksək liqa təmsilçisi “Sparta” (Rotterdam) ilə 1+1 illik müqavilə imzalayıb.
Niderland millisinin sabiq üzvü 2021-2024-cü illərdə “Qalatasaray”da çıxış edib. O, İstanbul klubunda 62 oyunda 3 qol vurub, 5 assistlə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin