“Mançester Yunayted”in futbolçusu Ronaldonun klubuna keçir

“Mançester Yunayted”in müdafiəçisi Aleks Telles karyerasını “Əl-Nəsr”də davam etdirəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər keçidlə bağlı razılığa gəliblər. Tezliklə onun Səudiyyə Ərəbistanı klubuna keçidi rəsmən elan ediləcək.

“Qırmızı şeytanlar” braziliyalı futbolçunun satışından 4 milyon funt-sterlinq+bonuslar qazanacaq. Onun mövsümlük maaşı 7 milyon avro+bonuslar olacaq.

Aleks Telles 2020-ci ildən Mançester təmsilçisində forma geyinir. O, başa çatan mövsümü icarə əsasında “Sevilya”da keçirib.

Telles karyerası ərzində “Qremio”, “Qalatasaray”, “İnter” və “Portu” kimi klublarda da çıxış edib.

Xatırladaq ki, portuqaliyalı futbolçu Kriştiano Ronaldo da “Əl-Nəsr”də oynayır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button