“Qalatasaray”ın sabiq futbolçusu Niderlandda məscid tikdirir
“Qalatasaray”ın sabiq futbolçusu Nordin Amrabat ailəsinin yaşadığı Niderlandın Utrext şəhərində məscid tikdirir.
Komanda.az xəbər verir ki, bu barədə mərakeşli futbolçu sosial şəbəkə hesabında məlumat yayıb. 33 yaşlı yarımmüdafiəçi, tikinti işlərinə artıq başlanıldığını bildirib.
Karyerası ərzində PSV, “Kayserispor”, “Malaqa”, “Qalatasaray”, “Uotford”, “Leqanes” kimi klublarda çıxış edən Amrabat, hazırda Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Nəsr”də top qovur. Futbolçu, Mərakeş yığmasının da formasını geyinir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin