“Qalatasaray”ın sabiq futbolçusu klubsuz qalıb

“Mançester Yunayted”in keçmiş yarımmüdafiəçisi Xuan Mata “Vissel Kobe”dən ayrılıb.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı futbolçunun başa çatan müqaviləsi yenilənməyib.

Mata “Qalatasaray”dan ayrıldıqdan sonra bu ilin sentyabr ayında “Vissel Kobe”yə keçib. 35 yaşlı futbolçu komandanın heyətində bir matçda meydana çıxıb. O, komanda ilə birlikdə Yaponiya çempionluğu qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button