“Qalatasaray”ın sabiq futbolçusu karantinə alındı
Futbol üzrə Kamerun milli komandasının və Türkiyənin “Qalatasaray” klubunun sabiq müdafiəçisi Riqobert Sonq karantinə alınıb.
Komanda.az xəbər verir ki, 43 yaşlı keçmiş müdafiəçi martın 30-da Fransadan qayıtdıqdan sonra Yaundedəki otellərdən birində təcrid olunub.
Sonqun koronaviruslu şəxslərlə təmasda olması şübhəsi ilə belə bir addım atılıb. 14 günlük karantin müddətində koronavirus testi müsbət çıxmasa, o, gələn həftə evə buraxılacaq.
Qeyd edək ki, Riqobert Sonq Türkiyədə “Qalatasaray”dan başqa “Trabzonspor”da da forma geyinib. Sonq futbolçu karyerasını başa vurduqdan sonra Kamerunun əsas və U-23 yığmalarında baş məşqçi kimi çalışıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin