
“Qalatasaray”ın sabiq futbolçusu həbs edildi
“Qalatasaray”ın sabiq futbolçusu Ümit Karana 1 il 8 ay həbs cəzası verilib.
Komanda.az xəbər verir ki, bu barədə ölkənin “Sabah” nəşri məlumat yayıb.
48 yaşlı keçmiş hücumçu “təqib səviyyəsində sadə cinsi təcavüz”də ittiham olunur.
O, məhkəmədən sonra həbsxanaya göndərilib.
Ümit Karan 2001-2009-cu illərdə İstanbul təmsilçisinin formasını geyinib.
P.S. Daha sonra sabiq futbolçunun şərti azadlığa buraxıldığı haqda məlumat yayılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



