“Qalatasaray”ın prezidenti yenidən əməliyyat olundu

Türkiyənin “Qalatasaray” klubunun prezidenti Mustafa Cengiz halı qəflətən pisləşdiyi üçün yenidən xəstaxanaya yerləşdirilib.

Komanda.az xəbər verir ki, o, bu gün növbəti dəfə əməliyyat olunub.

Bu barədə məlumatı İstanbul klubunun rəsmi saytı da təsdiqləyib. Xəbərdə Mustafa Cengizin mədəsindən əməliyyat olunduğu vurğulanıb.

Qeyd edək ki, aprelin 30-da halsızlıq və yorğunluq səbəbindən xəstəxanaya yerləşdirilən Mustafa Cengiz mayın 7-də beyin əməliyyatı keçirmişdi. Mayın 15-də isə klub prezidenti evə buraxılmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button