“Qalatasaray”ın prezidenti evə buraxıldı

Türkiyənin “Qalatasaray” klubunun prezidenti Mustafa Cengiz xəstəxanadan evə buraxılıb.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 70 yaşlı funksionerin müalicəsi evində davam etdiriləcək.

Müalicə olunduğu xəstəxananın çıxışında media mənsublarına açıqlama verən klub prezidenti özünü yaxşı hiss etdiyini söyləyib. O, göstərilən dəstəyə görə də hər kəsə təşəkkürünü bildirib.

Qeyd edək ki, aprelin 30-da halsızlıq və yorğunluq səbəbindən xəstəxanaya yerləşdirilən Mustafa Cengiz mayın 7-də beynindən əməliyyat olunub və evə buraxılıb. Lakin mayın 18-də halı qəflətən pisləşdiyi üçün yenidən xəstəxanaya aparılıb və ikinci dəfə, bu dəfə mədəsindən əməliyyata ehtiyac duyulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button