“Qalatasaray”ın prezidenti postuna daha bir namizəd
Türkiyənin “Qalatasaray” klubunun prezidenti postuna namizədlərin sayı artıb.
Komanda.az “NTV spor”-a istinadən xəbər verir ki, İstanbul klubunun idarə heyətində yer alan Begüm Özkan aprelin 30-da keçiriləcək seçkilərdə 3-cü namizəd olacaq.
Buna qədər Mətin Öztürk və Əşrəf Hamamcıoğlunun namizədliyi rəsmiləşib.
Xanım namizəd üçün zəruri olan sənədlərin toplanmasına start verilib.
Klub prezidentliyinə namizədlərin qəbulu sabah başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin