
“Qalatasaray”ın oyununun vaxtı dəyişdirildi
Türkiyə Super Liqasının 25-ci turu çərçivəsində keçiriləcək “Qalatasaray” – “Kasımpaşa” oyununun başlama saatı dəyişdirilib.
Komanda.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Belə ki, oyun əvvəldən nəzərdə tutulduğu kimi saat 20:00-da deyil, Bakı vaxtı ilə 17:00-da başlayacaq.
Buna səbəb həftəsonu İstanbul şəhərində güclü qar yağıntısının gözlənilməsidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin