“Qalatasaray”ın müdafiəçisi sıradan çıxıb
“Qalatasaray”ın heyətində ciddi itki baş verib.
Komanda.az xəbər verir ki, “sarı-qırmızılar”ın müdafiəçisi Abdulkərim Bardakçı sıradan çıxıb.
Türkiyə millisinin üzvü Super Liqanın 21-ci turunun “Trabzonspor”la matçında (5:1) zədələnib. 29 yaşlı mərkəz müdafiəçisi ən azı iki həftə yaşıl meydanlardan uzaq qalacaq.
Abdulkərim bu mövsüm “Qalatasaray”ın heyətində bütün turnirlərdə meydana çıxdığı 32 matçda 5 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin