“Qalatasaray”ın legioneri daha bir il PSV-də qalacaq

“Qalatasaray” bu qış PSV-yə icarəyə verdiyi Patrik van Anholtun daha bir mövsüm Niderland klubunda qalacağını açıqlayıb.

Komanda.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, 32 yaşlı sol cinah müdafiəçisi 2023/24 mövsümünün sonuna kimi icarədə oynayacaq. Halbuki onun bu ilin fevral ayında mövsümün sonuna kimi PSV-yə icarəyə verildiyi açıqlanmışdı.

Van Anholt 2021-ci ildən oynadığı “Qalatasaray”da 62 oyun keçirib və 3 qol vurub. O, əvvəllər “Kristal Pelas”, “Sanderlend”, “Vitess”, “Uiqan”, “Lester Siti”, “Nyukasl”, “Koventri Siti” və “Çelsi”də də oynayıb, Niderland yığmasında 19 matça çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button