“Qalatasaray”ın küsülüləri barışdı, yeni transfer sıradan çıxdı

Türkiyənin “Qalatasaray” klubunda bir müddət əvvəl meydanda dalaşan iki futbolçu – Markao ilə Kərəm Aktürkoğlu barışıblar.

Komanda.az xəbər verir ki, onlar bu gün baş tutan məşqdən öncə digər komanda yoldaşlarının gözü qarşısında bir-birinə sarılaraq barış elan ediblər.

Xatırladaq ki, avqustun 16-da Super Liqa çərçivəsində baş tutan “Girəsunspor”la səfər matçının gedişində braziliyalı futbolçu Markao, komanda yoldaşı Kərəmə hücum çəkərək ona əvvəlcə başla zərbə endirmiş, daha sonra yumruqlamışdı. Markao buna görə həm meydandan qovulmuş, həm də Türkiyə Futbol Federasiyası tərəfindən 8 oyunluq cəzalandırılmışdı. İstanbul klubu da oyunçusunu böyük məbləğdə cərimə edib.

Yeri gəlmişkən, “Qalatasaray” daha bir futbolçusunun xidmətindən məhrum olub. İstanbul təmsilçisinin yeni transferlərindən olan müdafiəçi Saşa Boy sıradan çıxıb. Məşqdə zədələnən oyunçunun azı 2 həftə məcburi istirahət edəcəyi açıqlanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button