“Qalatasaray”ın koronavirusa yoluxan futbolçuları sağaldı
“Qalatasaray”ın koronavirusa yoluxan 5 futbolçusundan 4-ü sağalıb.
Komanda.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərdə koronavirusa yoluxan futbolçulardan dördünün sağaldığı və onların son iki testinin neqativ çıxdığı diqqətə çatdırılıb. Bu üzdən də həmin oyunçular “Hatayspor”la oyunda forma geyinə biləcəklər.
Xatırladaq ki, “Qalatasaray”da Rayan Babel, Omar Elabdellaui, Yunes Belhanda, Okan Koçuk və Arda Turanın COVİD-19 testi pozitiv çıxmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin