Gümüş İtaliya yolunda
“Qalatasaray”ın futbolçusu Sinan Gümüş karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Komanda.az xəbər verir ki, 25 yaşlı hücumçuyla “Cenoa” klubu yaxından maraqlanır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, “Cenoa”nın Gümüşün transferi üçün “Qalatasaray”la razılaşdığı və yay transfer pəncərəsi dövründə rəsmi müqavilənin imzalanacağı bildirilib.
Sinan bu mövsüm “Qalatasaray” formasıyla 24 qarşılaşmada iştirak edərək, 4 qol vurub. Onun “cim-bom”la hazırkı müqaviləsi mövsümün sonunda bitir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin