
“Qalatasaray” özbək futbolçunu “qaralayıb”
Moskva ÇSKA-sının yarımmüdafiəçisi Abbosbek Fayzullayev karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Komanda.az “Markaj News”-a istinadən xəbər verir ki, “Qalatasaray” özbək futbolçunu transfer etmək istəyir.
21 yaşlı oyunçunun Rusiya klubu ilə hazırkı müqaviləsinin müddəti 2026-cı ilin ortalarına qədərdir. O, Rusiya Premyer Liqasının cari mövsümündə 19 oyun keçirib, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



