“Qalatasaray” məşhur futbolçunu heyətinə qatmaq istəyir
“Qalatasaray” “Arsenal”ın yarımmüdafiəçisi Jorjinyoya müqavilə təklif etmək niyyətindədir.
Komanda.az xəbər verir ki, bu barədə “tuttomercatoweb.com” saytı məlumat yayıb. İtaliya millisində çıxış edən braziliyalı futbolçu bu mövsüm “topçular”ın keçirdiyi 3 oyunun heç birində meydana çıxmayıb.
Jorjinyo Türkiyə klubunda “Napoli”dəki keçmiş komanda yoldaşları – icarə əsasında “Qalatasaray”a keçən hücumçular Dris Mertens və Viktor Osimhenlə yenidən bir araya gələ bilər.
32 yaşlı futbolçunun “Arsenal”la müqaviləsi 2025-ci ilin iyun ayına qədər qüvvədədir.
Türkiyədə transfer pəncərəsi sentyabrın 13-də bağlanacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin