“Qalatasaray”ın futbolçusunda koronavirus aşkarlandı
Türkiyənin “Qalatasaray” klubunda koronavirusa yoluxma halı aşkarlanıb.
Komanda.az xəbər verir ki, İstanbul təmsilçisinin futbolçularından birinin test nəticəsi müsbət çıxıb.
Bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb. Lakin infeksiyaya yoluxmuş oyunçunun adı açıqlanmayıb. Onun dərhal karantinə alındığı bildirilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin