“Qalatasaray”ın futbolçusu italyanların “radar”ında

“Qalatasaray”ın futbolçusu Yuto Naqatomo karyerasını İtaliyada davam etdirə bilər.

Komanda.az xəbər verir ki, 33 yaşlı cinah müdafiəçisi ilə “Bolonya” klubu yaxından maraqlanır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. A Seriyası təmsilçisinin qış fasiləsində Naqatomonu heyətinə qatmaq üçün “Qalatasaray”la rəsmi danışıqlara başlayacağı bildirilir.

2018-ci ilin iyulundan “Qalatasaray”da forma geyinən yaponiyali müdafiəçinin “sarı-qırmızılar”la müqaviləsi mövsümün sonuna qədərdir.

Naqatomo “Qalatasaray”la bu mövsüm 24 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button