“Qalatasaray”ın futbolçusu İtaliya klubuna keçir

“Qalatasaray”ın müdafiəçisi Anxelinyo komandadan ayrılacaq.

Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ispaniyalı futbolçu karyerasını İtaliyada davam etdirəcək. 27 yaşlı oyunçu “Torino”ya keçəcək.

“Qalatasaray” Anxelinyonu mövsümün əvvəlində “Leyptsiq”dən icarəyə götürüb. İspaniya millisinin sabiq üzvü “sarı-qırmızılar”ın heyətində meydana çıxdığı 19 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button