“Qalatasaray”ın futbolçusu rəsmən Braziliya klubunda
“Qalatasaray”dan ayrılan braziliyalı müdafiəçi Marianonun yeni klubunun adına rəsmən aydınlıq gəlib.
Komanda.az xəbər verir ki, 34 yaşlı futbolçu ölkəsinin “Atletiko Mineyro” klubu ilə müqavilə bağlayıb.
Tərəflər arasındakı müqavilənin müddəti 2022-ci ilin dekabrına qədərdi. Mariano yeni komandasında 25 nömrəli formanı geyinəcək.
2017-ci ilin yayından “Qalatasaray”da forma geyinən Mariano bu yay müddəti bitən müqaviləsini yeniləməmişdi. O, İstanbul təmsilçisində 105 matçda 2 qol vurub. Təcrübəli futbolçu bu müddətdə iki dəfə Türkiyə çempionu olub, bir dəfə kubok və superkubok sevinci yaşayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin