“Qalatasaray”ın futbolçusu Rusiya klubuna keçməyə hazırdır
Kərəm Aktürkoğlu “Qalatasaray”ı tərk edə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, türkiyəli yarımmüdafiəçi Moskva “Spartak”ına keçməyə hazırdır. Aktürkoğlu “Qalatasaray” rəhbərliyinə Rusiya klubu ilə danışıqlar aparmaq niyyətində olduğunu bildirib.
Daha əvvəl Kərəmin “Spartak”a potensial transferinin məbləğinin 12 milyon avro olacağı bildirilirdi. “Qırmızı-ağlar” ona ildə təxminən 2,4 milyon avro ödəməyə hazırdır.
25 yaşlı yarımmüdafiəçi bu mövsüm 6 matçda iştirak edib, 2 qol vurub və 3 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin